Başa çatdırılmış səmərəlilik auditləri və digər auditlərlə əhatə olunan qurumlar tərəfindən ümumilikdə 156,8 mln. manat məbləğində səmərəsiz xərclərə yol verildiyi müəyyən olunub.

"Unikal" xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatı”da qeyd olunub.

Belə ki, 1,1 mln. manat yararlılıq müddəti bitmiş və ya bitməyə az qalmış dərman və digər tibbi vasitələrin alınmasına, 42,0 mln. manat istifadəsiz qalmış avadanlıq və ya mallara, 24,6 mln. manat ehtiyac olmadığı halda fəaliyyətin və ya satınalmanın keçirilməsinə və s xərclənib.

Anar Kəlbiyev