Xızıda külli miqdarda narkotik vasitə aşkarlanıb. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan "Unikal"a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini, əvvəllər məhkum olunmuş Səfər Səfərov saxlanılıb.

Həmin şəxsdən üç kiloqrama yaxın narkotik vasitə - marixuana aşkarlanıb

Faktla bağlı Xızı RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə S.Səfərovun barəsində həbs qətimkan tədbiri seçilib.