Azərbaycanın qadın basketbolçulardan ibarət 3x3 millisinin üzvü Mersedes Volker karyerasını bitirməyə hazırlaşır.

"Unikal" xəbər verir ki, bu barədə Azərtac-a 38 yaşlı basketbolçunun özü məlumat verib.

O, bu ilin sentyabr ayında basketbolla vidalaşacağını bildirib: “Artıq bu idman növü ilə vidalaşmağın zamanı çatıb. Mənə gözəl günlər bəxş etdiyi üçün Azərbaycana daim minnətdaram olacağam. Ümid edirəm ki, Olimpiya Oyunlarına vəsiqə qazanacağıq və möhtəşəm duyğu ilə buranı tərk edəcəyəm”.

Qeyd edək ki, Mersedes Volker 2014-cü ildən Azərbaycan millisinin formasını geyinir.