"Qalatasaray"ın argentinalı hücumçusu Mauro İkardi "sarı-qırmızılar"ın tarixinə düşüb.

"Unikal" "NTV Spor"a istinadən xəbər verir ki, Mauro buna "Fənərbağça"ya qarşı Superkubok uğrunda oyunun 50-ci saniyəsində qol vurmaqla buna nail olub.

O, əzəli rəqiblərin derbisində ən erkən qolun müəllifi ünvanına sahib çıxıb. İkardi 1984-cü ildə "Fənərbağça"nın qapısına 55-ci saniyədə yol tapan Mirza Seydicin rekordunu yeniləyib.

Qeyd edək ki, “Fənərbağça” sözügedən matçın 3-cü dəqiqəsində meydanı tərk edib və görüş yarımçıq dayandırılıb. Türkiyə Futbol Federasiyasının bu barədə qərarı yaxın müddətdə açıqlanacaq.