Ermənistan parlamentində Azərbaycanla sərhədin demarkasiyası və delimitasiyası məsələsi ilə bağlı qapalı formatda təcili sessiya başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Məsələdə dövlət sirrini ehtiva edən çoxlu nüansların olduğu nəzərə alınaraq, müzakirə qapalı formatda keçirilir. 

Qeyd edək ki, iclasda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və baş nazirin müavini Mher Qriqoryan da iştirak edir. 

***11:36

Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyası məsələsi ilə bağlı təcili iclas keçiriləcək. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan açıqlayıb. 

Onun sözlərinə görə, bu barədə müxalifət fraksiyaları tələb irəli sürüblər. 

Onun sözlərinə görə, bu gün keçiriləcək iclasda təcili sessiyanın çağırılması məsələsi müzakirə olunacaq.

Ağarza Elçinoğlu