"Avropa İttifaqı yaxın gələcəkdə öz ordusunu əldə edə bilməyəcək". 

"Unikal" xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Cozep Borrell deyib. 

"Bizim Brüsseldə ordumuz yoxdur və sabah da Avropa ordumuz olmayacaq. Dövlətlər öz müdafiə siyasətinə nəzarət edirlər", - deyə o, qeyd edib. 

O əlavə edib ki, bir çox Avropa liderləri Avropa Komissiyasına müdafiə səlahiyyətlərinin Avropa təsisatlarına verilməsi ilə razılaşmadıqları barədə xəbərdarlıq ediblər.