ABŞ-nin Yuta ştatında yaşayan 42 yaşlı Kristofer Robin Pens övladlığa götürdüyü 5 uşağın valideynlərini öldürtdürüb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, bunun üçün kirayə qatil tutub. 

Belə ki, "Microsoft"da çalışan şəxsin internet dünyasının “qaranlıq şəbəkə” kimi də tanınan gizli forumları vasitəsilə qatillə müqavilə bağladığı və qeyri-qanuni fəaliyyətlər üçün istifadə etdiyi açıqlanıb. Hakim qarşısına çıxarılan Pens yaşadıqlarını etiraf edib. O, 16 min dollar bitkoin qarşılığında övladlığa götürdüyü 5 uşağın valideynlərinin öldürülməsinə göstəriş verdiyini açıqlayıb. 

Pens övladlığa götürülən uşaqların bioloji valideynlərinin uşaqlara işgəncə verdiyini düşündüyünü və planı bu səbəbdən təşkil etdiyini bildirib. 35 yaşlı kişi və 38 yaşlı qadının ölümündən sonra FTB araşdırmaya başlayıb və Pensi sorğu-sual edib. 

Məhkəmədə təqsirli bilinən Pens 7 il müddətinə azadlıqdan məhrum edilib.

Gülayə Mecid