Polşada qadın siyasi mübahisə zəminində sevgilisinə xəsarət yetirib. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV-də məlumat qeyd olunub. 

44 yaşlı Bartoşiçe sakini yerli seçkilərin nəticələri ilə bağlı sevgilisi ilə dava edib. Mübahisə zamanı o, qaynayan qazandan sümük çıxarıb və onunla kişinin başına vurub.

Zərərçəkmiş təcili tibbi yardım maşını ilə tibb müəssisəsinə aparılıb. Həkimlər onun başına tikiş atıblar. 

Məlum olub ki, hadisə zamanı hər iki şəxs sərxoş olub. Qadın saxlanılıb. İndi onu 7,5 ilə qədər həbs gözləyir.

Seymur Əli