İsrail radikal HƏMAS hərəkatının bütün batalyonlarını, o cümlədən Qəzza zolağının cənubunda, Misirlə sərhəd yaxınlığındakı Rəfah şəhərini ləğv etməyi başa çatdıracaq. 

"Unikal" xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib. 

"Biz Rəfah da daxil olmaqla HƏMAS batalyonlarının ləğvini başa çatdıracağıq. Dünyada bizi dayandıra biləcək heç bir qüvvə yoxdur", - Netanyahu Tel Haşomer hərbi bazasına səfəri zamanı əsgərlərlə görüşü zamanı deyib.

Ağarza Elçinoğlu