Ermənistanın baş naziri Nikol Paşinyan Almaniya kansleri Olaf Şoltsla telefon danışığı aparıb.

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Telefon danışığı zamanı Ermənistan-Almaniya əməkdaşlığı müzakirə olunub,Ermənistan-Azərbaycan sülh prosesinə istinad edilib. 

Paşinyan qeyd edib ki, Ermənistan 2022-ci il oktyabrın 6-da Praqada, 14 may və 15 iyul 2023-cü ildə Brüsseldə, eləcə də 5 oktyabr 2023-cü ildə Qranadada razılaşdırılmış prinsiplər əsasında həll yollarına getməyə hazırdır. 

Ağarza Elçinoğlu