Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

"Unikal" xəbər verir ki,  Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma Bakıda İsveçrəni qəbul edib.

Komanda B Liqasının I qrupunun görüşündə rəqibinə 0:4 hesabı ilə uduzub.

Qeyd edək ki, millimiz yer aldığı B Liqasının I qrupunun ilk matçında səfərdə Macarıstanla heç-heçə edib - 1:1. İsveçrə isə Türkiyəni 3:1 hesabı ilə üstələyib. Azərbaycan millisi mayın 31-də səfərdə “ay-ulduzlular”ın qonağı olacaq.