Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş Qardaş Abdullayev və  Teymur Sadıqov saxlanılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, onlardan narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. 

Faktlarla bağlı cinayət işləri başlanıb, araşdırmalar davam etdirilir.