Böyük Britaniyanın xarici işlər naziri David Kameron İsrail hakimiyyətini “yalnız ürəkləri ilə deyil, həm də başları ilə” düşünməyə və atəşə cavab olaraq İrana hücum etməməyə çağırıb.

"Unikal" xəbər verir ki, o, bu barədə "Sky News" telekanalına müsahibəsində bildirib.

"Ümid edirik ki, heç bir qisas olmayacaq və dünyanın diqqəti bunun əvəzinə HƏMAS-a yönələcək. Onlar hələ də girovlar saxlayırlar ", - britaniyalı siyasətçi İsrailə müraciət edib.

Onun sözlərinə görə, İsrailin hücuma cavab vermək hüququ var, çünki Tehranın Suriyanın Dəməşqdəki konsulluğunun dağıdılması, İsrailin hücumu və İranın yüzlərlə raket və drondan istifadə edərək cavab zərbəsi endirməsi arasında “böyük fərq” var.  

Gülayə Mecid