Çempionlar Liqasının 1/4 finalında sabah keçiriləcək iki cavab oyununa hakim təyinatları açıqlanıb.

"Unikal" xəbər verir ki, matçlar aşağıda adları qeyd olunan hakimlərə həvalə olunub.

16 aprel

23:00. "Barselona" - PSJ
Hakimlər: İstvan Kovaç, Vasile Florin Marinesku,  Mihai Ovidiu Artene, Horațiu Mirsea Feșniç (hamısı Rumıniya)

23:00. "Borussiya" (Dortmund) - "Atletiko"
Hakimlər: Slavko Vinçiç, Tomaz Klançnik, Andraz Kovaçiç, Matey Yug (hamısı Sloveniya)