“Qalatasaray” Türkiyə Superliqasında 32-ci tur oyununa çıxıb.

"Unikal" xəbər verir ki, İstanbul təmsilçisi “Alanyaspor”un qonağı olub. Matç “Cim-Bom”un 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra  “Qalatasaray” turnir cədvəlində 87 xalla 1-ci pillədə qərarlaşıb. “Alanyaspor” isə 42 xalla 10-cudur. “Fənərbaxça” 85 xalla 2-ci, “Trabzonspor” 52 xalla 3-cü pillədə yer alıb.