Parisdə keçiriləcək 33-cü Yay Olimpiya Oyunlarının məşəli Yunanıstanda alovlandırılıb.

"Unikal" xəbər verir ki, ənənəyə görə, kahinləri rolunu oynayan aktyorlar Yunanıstanın Olimpiya şəhərində, Hera məbədi yaxınlığında günəş şüaları ilə məşəli yandırıblar. 

Fransaya çatmazdan əvvəl məşəl bütün Yunanıstanı gəzəcək və 10 gün sonra ev sahibi olan ölkəyə çatacaq.

Ağarza Elçinoğlu