Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

"Unikal" xəbər verir ki, imtahan iştirakçıları arasında Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərindən 4 məktəbli 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Bunlar Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Hüseynzadə Hafizə Canpolad qızı, Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin şagirdi Nağıyeva Leyla Arif qızı, Şərur Şəhər Fizika- Riyaziyyat Təmayüllü liseyin şagirdi Əbilov Ziya Namiq oğlu, Culfa rayon 3 nömrəli tam orta məktəbin şagirdi İsmayıllı Kənan Mehman oğludur.