Livandan buraxılan iki döyüş PUA İsrailin şimalındakı Beyt Hillel yaxınlığında partlayıb.

"Unikal" xəbər verir ki,  bu  barədə İsrail KİV-ləri məlumat yayıb. 

“Bir müddət əvvəl iki döyüş PUA Livandan İsrail ərazisinə daxil olub və Beyt Hillel bölgəsində partlayıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb”, - məlumatda deyilir.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı məskunlaşan ərazilərdə Hizbullah hərbi obyektlərinə zərbələr endirib.