Samara vilayət məhkəməsi müğənni və bloger Eduard Şarlotanın həbsi ilə bağlı Samara şəhərinin Kirov Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

"Unikal" xəbər verir ki, bu barədə məhkəmənin saytında yerləşdirilən məlumatda deyilir.

Bildirilir ki, Şarlotanın məhkəmə qərarından apellyasiya şikayəti təmin olunmayıb. 

Aprelin 2-də Samara şəhərinin Kirov Rayon Məhkəməsi Şarlottanın həbs müddətini aprelin 23-dək uzadıb. Atası Valerinin TASS-a verdiyi məlumata görə, Eduard Şarlotta Saratovda psixoloji və psixiatrik müayinədən keçib, sonra onu yenidən Samaraya aparıblar. Mənbə əlavə edib ki, ekspertizanın nəticələri hələlik məlum deyil.

Şarlota Rusiya Cinayət Məcəlləsinin 354.1 (nasizmin reabilitasiyası) və 148-ci maddəsi (cəmiyyətə açıq hörmətsizliyi ifadə edən və dindarların dini hisslərini təhqir etmək məqsədi ilə törədilən ictimai hərəkətlər) maddələri ilə ittiham olunur.