“Baku İnternational Tobacco” MMC barədə İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə inzibati xəta protokolu tərtib edilib.

“Unikal”ın məlumatına görə, məhkəmə prosesi Nizami rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə keçiriləcək. 

Qeyd edək ki, “Baku İnternational Tobacco” Azərbaycanda siqaret istehsalını həyata keçirən şirkətdir.

Azər İsrafilov