Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan hələ də ermənilərin nəzarətində olan Qazaxın Əskipara kəndində gedib. 

"Unikal" xəbər verir ki, baş nazirin kəndə ikinci səfəri ilə bağlı ciddi təhlükəsizlik tədbirləri həyata keçirilir.

Hazırda Paşinyan sakinlərlə görüş keçirir. 

***11:16

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuşun Voskepar (Qazax rayonunun Əskipara kəndi - red.) kəndinə gedib. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Onun Azərbaycana təhvil verilməli olan kəndlərin sakinləri ilə görüş keçirmək üçün getdiyi deyilir. 

Qeyd edək ki, Paşinyan sözügedən kəndə artıq ikinci dəfə gedir. 

Erməni KİV kənddə baş nazirə qarşı müqavimətin gözlənildiyini istisna etməyib. 

Ağarza Elçinoğlu