"Əminliklə deyə bilərəm ki, bu gün Azərbaycana gətirilən qida məhsullarında özündə hər hansı təhlükə daşıyan GMO orqanizmini gətirmək mümkün deyil".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

AQTA sədri bildirib ki, bunu istənilən vaxt müzakirə mövzusuna çevirmək olar: “Yalnız icazə verilən və qeydiyyata düşən nəzarət olunan fermentləri özündə daşıyan GMO ilə yüklənmiş yemlərin ölkəyə qeydiyyatı və idxalı mümkün hala gəlib”.  
“Dünyada son 30 ildə yayılan yoluxucu xəstəliklərin təxminən 75 %-i heyvanlardan qaynaqlanan xəstəliklərdir. Eyni zamanda hazırda heyvanlarda 1,5 milyon ətrafında öyrənilməmiş müxtəlif virusların təxminən yarısının insanları yoluxdurmaq potensialı var. Ətraf mühitin çirklənməsi və iqlim dəyişikliyi insan və heyvan sağlamlığına ciddi təsir göstərir. Bu da vahid sağlamlıq konsepsiyasının əsasını təşkil edən əsas məsələlərdəndir”.

Anar Kəlbiyev