Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının (Aİ) 2 günlük sammiti başlayıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, sammitdə Avropa liderləri Ukrayna və Yaxın Şərqi müzakirə edir.

Qeyd olunur ki, tədbir ərəfəsində Avropa Şurasının rəhbəri Şarl Mişel Kiyevə hərbi yardımın, xüsusilə də hava hücumundan müdafiə vasitələrinin tədarükünü intensivləşdirməyə çağırıb. Almaniya kansleri Olaf Şolts Brüsselə gedərkən eyni sözləri söyləyib və Aİ ölkələrini Ukraynaya daha çox hava hücumundan müdafiə sistemi göndərmək imkanları tapmaq üçün öz müdafiə ehtiyatlarını dərhal nəzərdən keçirməyə çağırıb.

Ağarza Elçinoğlu