"Palma yağlarının ərimə temperaturu 37 dərəcədir. Əgər bu yağlar insan bədənində həll edilmirsə, deməli palma yağlarının ölkəyə idxal edilməsi qadağan edilməlidir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə deputat Fəzail Ağamalı deyib. O bildirib ki, Dövlət Gömrük Komitəsi öz məsuliyyəti çərçivəsində bu məsələləri həll etməlidir.

"Biz bu qidaların Azərbaycana gətirilməsinin qarşısını ala bilsək, qida təhlükəsizliyi sahəsində inqilabi dəyişiklər edə bilərik".

Anar Kəlbiyev