İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/4 finalında “Mançester Siti”yə penaltilər seriyasında (4:3) qalib gəldikləri matçda unikal göstəriciyə imza atıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, italiyalı mütəxəssis Pep Qvardiolanın çalışdırdığı komandaları 3 dəfə bu turnirdən kənarlaşdıran ilk məşqçi olub. İndiyədək bu göstəriciyə heç kəs nail olmayıb.

İspaniyalı baş məşqçi daha əvvəl 2014-cü ildə “Bavariya”nın, 2022-ci ildə isə “Mançester Siti”nin başında Karlo Ançelottinin çalışdırdığı “kral klubu”na məğlub olub.

Qeyd edək ki, “Real Madrid”in finala çıxmaq uğrunda mübarizə aparacağı rəqibi Almaniya nəhəngi “Bavariya” olacaq.