Bu gün Azərbaycanda fəaliyyət göstərən özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib. 

O bildirib ki, ölkədə, xüsusilə də Bakıda kifayət qədər özəl məktəblər var: “Amma həmin məktəblərin hərəsi bir təhsil haqqı müəyyən edib. Hətta məbləğ kosmik rəqəmlərə çatıb. Ümumiyyətlə özəl məktəblərdə qiymətlər necə tənzimlənir? Məbləğ təyinatında hansı parametrlər əsas götürülür? Bu məsələyə aydınlıq gətirmək lazımdır”.

Anar Kəlbiyev