Rüstəm İbrahimbəyovun qayıdışı heç nəyi dəyişməyəcək
Rüstəm İbrahimbəyovun qayıdışı heç nəyi dəyişməyəcək
Onu insan axını yox, bir neçə müxalif qarşılayacaq

Rüstəm İbrahimbəyovun Bakıya qayıdışı artıq reallaşmaq üzrədir. Belə ki, iyulun 31-də Milli Şuranın sədri, müxalifətin prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov Bakıya qayıdacaq. Mətbuatda yayılan informasiyalara görə, Rüstəm İbrahimbəyovun hava limanında qarşılanma mərasimində aeroportda qarşıdurma, gərginlik və qeyri-qanuni hərəkətlərin olmaması üçün təhlükəsizlik məqsədilə müvafiq əlavə tədbirlər görüləcək.
AZAL rəhbərliyi hansısa aksiya təşkilinə imkan verməyəcək.Bununla bağlı Eldar Namazov bildirib ki, Rüstəm Ibrahimbəyov iyulun 31-də Bakıya gələcək: " Hava limanında onu yaxın dostları, jurnalistlər, həmkarları qarşılayacaqlar. Belə qarşılamalar həmişə olub. Ancaq Rüstəm İbrahimbəyovun qarşılanması zamanı hansısa kütləvi axının olması hava limanının işçilərindən və rəhbərliyindən asılıdır. Rüstəm Ibrahimbəyova, onunla gələn insanlara, onu qarşılamağa gələn şəxslərə qarşı hansısa qanunazidd, əxlaqazidd hərəkətlər olmazsa, hansısa insan axınına da ehtiyac olmayacaq. Əgər hava limanında Rüstəm bəyə qarşı hansısa qanunsuz hərəkət baş verərsə, insan axınının qarşısını almaq mümkün olmayacaq".Maraqlıdır, həqiqətənmi Rüstəm İbrahimbəyovun gəlişi belə bir effekt yaradacaq və insan axınının qarşısını almaq mümkün olmayacaq?Ekspertlər məsələyə fərqli yanaşmalar göstərirlər. Bir qism hesab edir ki, ümumiyyətlə Rüstəm İbrahimbəyovun gəlişini gözləməyə dəyməz. Çünki keçirtdiyi çoxsaylı görüşlərin heç birində nəticə əldə edə bilməyib. Elə bu səbəbdən də hazırda bir ajiotaj yaradır ki, sonra bəyan etsin ki, hakimiyyət onun gəlməsinə imkan verməyib. Buda qeyd olunur ki, əslində bu Eldar Namazovun bir layihəsidir və bu layihəyə sadəcə olaraq bəzi partiyalarıda qoşublar. Çox maraqlı başqa bir detal isə budur ki, Rüstəm İbrahimbəyovun özüdə gəlməkdə maraqlı deyil. Çünki görüşlərdən sonra aydın oldu ki, bu günkü müxalifət beynəlxalq aləmdə hakimiyyətə alternativ güc kimi qəbul edilmir. Bundan başqa Rüstəm İbrahimbəyova buda aydın oldu ki, yola çıxdığı müxaliflər əslində bir-biri ilə ciddi rəqabətdədirlər və istənilən an onun özünü də yarı yolda qoya bilərlər. Bəzi ekspertlər isə bildirirlər ki, Rüstəm İbrahimbəyov Rusiyanın projesidir və hazırda Rusiya ilə Azərbaycan münasibətlərinin qaydaya düşməsi səbəbindən projeyə xitam verilib. Bunu da qeyd edək ki, yaxın günlərdə Rusiya prezidenti Vladimir Putin Bakıya səfər edəcək və bir çox məsələlər axarına düşəcək. Bəs, Rüstəm İbrahimbəyov istənilən halda Bakıya qayıdarsa nələr ola bilər? Ekspertlər heab edir ki, Rüstəm İbrahimbəyovun gəlişi ilə Rəsul Quliyevin bir zamanlar Bakıya gəlmə səhnəsini müqayisə etmək lazımdır. Həmin illərdə Rəsul Quliyevin cəmiyyətdə hələ də hörməti varıydı və siyasi proseslərə təsir etmə gücündə idi. Amma bu gücə baxmayaraq cəmiyyət onun gəlişinə çox biganə qaldı. Rüstəm İbrahimbəyova gəldikdə isə onun cəmiyyətdə nə elə bir çəkisi var, nə də siyasi proseslərə təsir etmə gücü. Məhz buna görə onun gəlişinin ajiotajlı olmasını gözləmək mənasızdır. Ehtimal olunur ki, Rüstəm İbrahimbəyovun qarşılanmasında AXCP və Milli Şuranın bəzi üzvləri iştirak etsin ki, buda hansısa axının yaranması olmayacaq. Ekspertlər hesab edir ki, ümumiyyətlə hakimiyyət onun qayıdışına heç bir problem yaratmasa Rüstəm İbrahimbəyov mifi çox qısa zamanda dağılacaq. Çünki Rüstəm İbrahimbəyov uzun illər Azərbaycan cəmiyyətini qəbul etməyib və bu gün Azərbaycan cəmiyyətidə onu qəbul etmək iqtidarında deyil.
Mehdi Əli