Milli Şura yeni namizədlər axtarışındadır
Milli Şura yeni namizədlər axtarışındadır

Milli Şura yeni namizədlər axtarışındadır

Milli Şuranın pespektivini ciddi şübhə altında qoyan amillərdən biri də bu qurumda təmsuil edilmiş siyasi liderlərin leksikonlarında tez-tez gözə dəyən əcaib ifadə və replikalardır. Milli Şura liderlərini nədə itiham etmək mümkün olsa da, onlar bu baxımdan ən yüksək qiymətə malikdirlər. Bu sözləri işlədərkən həmin liderlərin bir-birlərinə ünvanladığı xoşagəlməz replikaları nəzərdə tuturuq.

Bu yöndə ən fəal görünən liderlərdən biri, bəlkə də, birincisi mühacirətdə olan eks-spiker Rəsul Quliyevdir. O, Milli Şuranın 19 avqust sessiyasında irəli sürülən ehtiyat namizəd qərarına qarşı çıxmaqla yenə də ənənəvi nitq üslubuna sadiq qalıb: "Milli Şuranın hər bir üzvü papağını qarşısına qoyub düşünsün, nə verdi 19 avqust müzakirəsi bu xalqa? Ümidsizlik, çaşqınlıq, apatiya, üz döndərmək, hökümətin ətəyindən tutmaq meyllərinin güclənməsi! Rüstəm İbrahimbəyov "kim istəyir namizədliyini versin" ideyasını ortaya atmışdı, nəyə görə vahid namizədə vahid alternativ ideyası ortaya çıxdı, belə bir alternativin olmadığını bilə-bilə?"
Tanınmış politoloq Qabil Hüseynlinin "Unikal"a söylədiyinə görə, "Milli Şurada ehtiyat vahid namizid və yaxud alternativ vahid namizəd fikirlərinin ortalığa atılması və bu yöndə müzakirələrin başlanması onadan xəbər verir ki, onların seçdikəri siyasi taktika ciddi şəkildə iflasa uğrayıb. Bu da ondan irəli gəldi ki, kinossenarist Rüstəm İbrahimbəyov Azərbaycanın radikal müxalifətini barmağına dolayıb oynatdı. O bilmədiyi bir işin içinə girdi və indi də batıb qalıb orada, vəziyyətdən necə çıxacağını bilmir".
Politoloqun sözlərinə görə, "Hazırda Milli Şura çox çıxlmaz duruma düşüb və onun bu vəzyyətdən optimal şəkildə çıxa biləcəyi çox şübhəli görünür. İnsafən, qeyd etmək lazımdır ki, bu qurumda siyasi prosesləri mükəmməl şəkildə anlaya bilən siyasətçilər yox deyil. Lakin Azərbaycan müxalifətinin tarixi-ənənəvi xəstəliyi - qrup maraqlarının və şəxsi ambisiyaların ön plana keçməsi bu qurumu da iflic halına salıb".
Politoloq buna görə də hesab edir ki, "Milli Şuranın qarşıdan gələn prezident seçkilərinə ağlabatan variantda qatılması az inandırıcı görünür".
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalının "Unikal"a söylədiyinə görə, "Milli Şura ideyası ortalığa çıxandan bəri həm sizin qəzetiniz vasitəsilə, həm də digər KİV-də bildirmişəm ki, bu qurum doğluluşundan ölüdür. Bunu qəti şəkildə söylmək üçün mənə müxalifətin son iyirmi illik tarixi kifayət qədər əsas verirdi. Bu əsas da ondan ibərətdir ki, bu qurumda təmsil olunan partiyaların liderlərinin hər biri özünü əvəzedilməz tarixi sima hesab edir, düşünür ki, Azərbacan xalqının yeganə xilaskarı yalnız və yalnız odur. Belə bir təfəkkür sahibi olan insanların amorf yığını son nəticədə məhz bu duruma gətirib çıxartmalı idi. Bu duruma düşəndən sonra isə vəziyyətdən çıxış yolu kimi yeni terminlər axtarışına çıxıblar. "Alternativ vahid namizəd", "ehtiyat vahid namizəd" və s. Bu, artıq yerində saymaq deməkdir".
Məzahir Avşar