Azərbaycan hökuməti İrandan ehtiyat edir?
Azərbaycan hökuməti İrandan ehtiyat edir?


Xəbər verildiyi kimi, bu günlərdə Bakıya gəlmiş Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlı elə aeroportdan da geri qaytarılıb. Yəni Azərbacana buraxılmyıb.
Millət vəkili Sabir Rüstəmxanlı jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirib ki, "Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlı mənə zəng vurmuşdu. O, mənə dedi ki, İran mətbuatında təyyarə meydanından vizasız qayıtmağımla bağlı müxtəlif yazılar yazırlar. İran mətbuatı buna görə bayram edir".
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Bünyamin Qəmbərlinin "Unikal"a söylədiyinə görə, "Doktor Mahmudəli Çöhrəqanlının Bakı aeroportundan geri qaytarılması utancverici hərəkətdir və Azərbaycan hökumətini yanlış mövqeyindən xəbər verir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev türk dövlətlərinin zirvə toplantısında bildirmişdir ki, XXI əsr türk dövlətlərininn əsri olacaq. Belə bir cəsarətli fikrin qabağında Azərbaycan hökumətinin Güney Azərbacandakı türklərin hüquqları və özgürlük haqqı uğrunda mübarizə aparan fədakar bir insanı - doktor Çöhrəqanlını Bakıya buraxmaması, ən azından, təəccüb doğurur. Cənab prezident dəfələrlə bəyan edib ki, Azərbaycan Respublikasının qapıları dünyadakı hər bir Azərbaycan türkünün üzünə açıqdır. Və yenə də bu sözlərin müqabilində Azərbaycan məmurlarının hərəkətini anlamaq çətinlik doğurur".
Qəmbərlinin sözlərinə görə, "Bu fakt ondan xəbər verir ki, Azərbaycan hökuməti İrandan kifayət qədər ehtiyat edir. Amma bu hökumət olduqca elementar bir məsələni anlamır ki, İran İslam Respublikası öz siyasətini doktor çöhrəqanlıların üzərində deyil, Azərbaycan dövlətçiliynin hər cür üsullarla sıxışdırılması və son nəticədə onun məhv edilməsi üzərində qurub. Buna görə də İran rəsmiləri və mətbuatı rəsmi Bakının ürkək hərəkətindən ləzzət alır."
Azərbaycan Demokrat Partiyasının funksioneri Nurəddin İsmayılovun "Unikal"a bildirdiyinə görə, "Doktor Mahmudəli Çöhrəqanlı kimi dünyada tanıınmış bir aadlıq mücahidinin Bakı Beynəlxalq Hava Limanından ölkəyə buraxılmaması xəcalət doğuran bir hərəkətdir. Bu böyük insan bütün həyatını Güney Azərbaycanda yaşayan soydaşlarımızn haqları və idealları uğrunda mübarizəyə həsr edib. İranın molla rejiminin güney Azərbaycandakı soydaşlaırmıza verdiyi zülmlər, onlara qarşı həqarətli münasibəti bütün dünyada məlumdur. Belə çıxır ki, Azərbaycan hökuməti Mahmudəli Şöhrəqanlını ölkəy buraxmamaqla İranın molla rejiminin soydaşlarımıza qarşı yürütdüyü repressiya siyasətinə haqq qazandırır".
Partiya funksionerinin sözlərinə görə,"Azərbaycan hökuməti, heç olmasa, bundan sonra bu cür səhvlərə yol verməməlidir. Mənim şəxsi düşüncəmə görə, doktor Mahmudəli Çöhrəqanlı Bakı aeroportunda layiq olduğu ehtiramla qarşılanmalıydı. Belə çıxır ki, bizim hökumət geylərin hüquqlarını Azərbaycan türkünün hüquqlarından daha çox qoruyur. Yadınıza salım ki, geylərin Bakıya gəlişi ərəfəsində Prezident Aparatının rəsmisi Əli Həsənov İranın Azərbaycana qarşı siyasətini ibnə siyasət, yəni gey siyasəti adlandırdı və o bu məqamda olduqca dəqiq ifadə işlətmişdi. Çox arzulardıq ki, hökumətimiz soydaşlarımızın dəyərini geylərin dəyərindən aşağı tutmasın".
Məzahir Avşar