Seçki kampaniyası başladı

Seçki kampaniyası başladı

Namizədlər hərəkətə keçdi

Azərbaycanda prezidentliyə namizədlərin seçkiqabağı təşviqat dövrü başlayıb.Oktyabrın 8-i saat 8:00-a qədər prezidentliyə namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri seçki kampaniyasını apara biləcəklər.Xatırladaq ki, qeydə alınan prezidentliyə namizədlər aşağıdakılardır:
1. Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev
2. Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə,
3. Öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc
4. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev
5. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev
6. Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə
7. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev
8. "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli
9. Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov
10. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu.
Qeyd edək ki, bu seçkilərdə diqqəti cəlb edən ilk nüans budur ki, namizədlərin sayı həddindən artıqdır və namizədlərin tərkibinə baxanda kifayət qədər ajiotajlı bir seçkilərin olacağını müəyyənləşdirmək olar. Bundan başqa aydın olur ki, bu seçkilərdə müxalifət nümayəndələri bir-biri ilə mübarizə aparacaqlar və hədəf ana müxalifət adını qazanmaq olacaq. Öncəliklə qeyd edək ki, bu seçkilərdə həm də yeni simalar var. Məsələn, Zahid Oruc, Araz Əlizadə, Sərdar Cəlaloğlu kimi şəxslər ilk dəfədir ki, seçkilərə qatılırlar. Ekspertlər hesab edir ki, bu seçkilərdə Fərəc Quliyev, Sərdar Cəlaloğlu və Hafiz Hacıyev üçün hədəf Cəmil Həsənli olacaq. İqbal Ağazadə ilə Qüdrət Həsənquliyev ikincilik uğrunda savaşacaqlar. Buda qeyd olunur ki, bu seçkilərdə Zahid Orucda digər namizədlərdən fərqlənəcək və hesab edilir ki, seçkilər sona çatandan sonra o partiyada təsis etməklə gündəmdə qalacaq. Hazırda seçkilərin ümumi durumuna baxdıqda isə aydın olur ki, seçkilər o qədər də aktiv keçmir və hadisələrə Yeni Azərbaycan Partiyası nəzarət edir. Müxalifətin cəmləşdiyi Milli Şuranın vahid namizədi Cəmil Həsənli isə ümumiyyətlə diqqəti cəlb etmir. Bunun isə ilk başlıca səbəbi budur ki, seçkilərə çox az zaman qalmış o seçkilərə qatıldı və bundan öncə aktiv siyasətdə olmadığı üçün effekt yarada bilmir. Bölgələrə gəldikdə isə rayonlarda demək olar ki, seçkinin artıq başlandığı ümumiyyətlə hiss edilmir. Beləliklə aydın olur ki, bu seçkilər heçdə proqnozlaşdırıldığı kimi gərgin olmayacaq. Çünki Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevlə savaş apara biləcək alternativ namizəd yoxdur. Elə buna görə də ötən seçkilərdən fərqli olaraq bu dəfə Yeni Azərbaycan Partiyası aktiv seçki kompaniyası təşkil etmədi. Sonda bunu da qeyd edək ki, artıq əksər beynəlxalq təşkilatların müşahidəçi qrupları Bakıdadır və ilkin rəylərdə hələ ki, hər hansı seçki qanunsuzluğu müşahidə olunmayıb.
Mehdi Əli