Azərbaycanın əməkdar artisti: "Ailə qurmaq..."
11:37 19-02-2014
ŞOU
Azərbaycanın əməkdar artisti: "Ailə qurmaq..."
Əməkdar artist Gülüstan Əliyevanın Milli.Az-a müsahibəsi.
- Oxumaq həvəsi sizdə nə vaxtdan yarandı?
- Hesab edirəm ki, lap uşaqlığımdan, özümü tanıdığım andan.
- Gülüstan Əliyeva... Bu ad sizə nə deyir?
- Mən həmişə bu barədə düşünmüşəm. Belə qərara gəlimşəm ki, mən başqa sahələrdə çalışsa idim, yenə də Gülüstan Əliyeva olardım.
- Yadınıza hansı hadisə düşəndə bərk kövrəlirsiniz?
- Məni kövrəldəcək o qədər şeylər var ki... Bəzən bir kəpənəyin uçuşu da insanı kövrəldə bilər.
- İkinci dəfə ailə qurmaq barədə düşünmüsünüz?
- Ailə qurmaq Allahın qismətidir. Heç vaxt, heç vaxt demək olmaz.
- Nədən narahatsınız?
- Son zamanlar az görünməyimi məndə irad tuturlar. Bu, məni çox narahat edir.
- Əlinizdən başqa bir sənət gəlir?
- Sənətə gəlməmiş olsaydım, yəqin ki həkim, yaxud da dərzi ola bilərdim. Yaxşı yemək bişirmək qabiliyyətim də var.
- Vaxtınızı ən çox nəyə sərf edirsiniz?
- Hal-hazırda anama.
- Özünüzdən tez çıxırsınız?
- Çox səbrsizəm. Bilirəm, bu, mənə çox vaxt zərbə vurur. Amma nə edim?! Mən də beləyəm... Haqsızlığa heç cür göz yuma bilmirəm.
- Əsəblərinizi sakitləşdirmək üçün nə edirsiniz?
- Təkliyə çəkilirəm.
- Ağlınız nəyi qəbul edə bilmir?
- İkiüzlülüyü və yalanı qəbul edə bilmirəm.
- Nədən istifadə edə bilmirsiniz?
- Mənə verilən imkanlardan heç vaxt istifadə etməmişəm, ya da istifadə edə bilməmişəm.
- Mən onsuz da... Bu fikri necə tamamlamaq istərdiniz?
- Mən onsuz da yaşaya bildim. Onsuz da onu sevdim.
- İtirib bu vaxta qədər tapa bilmədiyiniz nəsə var?
- Ömrümdən keçən günlərimi heç zaman tapa bilmədim. Bir göz qırpımında keçdi.
- Hansı insanları Yer üzündən silmək istərdiniz?
- Laqeyd və xeyirə, şərə yaramayan insanları silmək istərdim.
- Hər dəfə səhnəyə çıxandan nə düşünürsünüz?
- Düşünürəm ki, bu dəfə əvvəlkindən daha yaxşı olacaq.
Digər Xəbərlər
2024-04-26 20:12:57
2024-04-26 18:33:50
2024-04-26 14:52:00
2024-04-26 14:17:00
2024-04-26 11:34:51
2024-04-25 23:22:27
2024-04-25 21:06:32
2024-04-25 20:10:54
2024-04-25 18:48:12
2024-04-25 15:26:08
2024-04-25 13:45:22
2024-04-25 12:09:00
2024-04-25 11:04:00
2024-04-25 08:31:00
2024-04-25 00:35:19
2024-04-24 19:11:55
2024-04-24 13:01:31
2024-04-24 00:27:21
2024-04-24 00:17:58
2024-04-23 22:26:51