REAL Hərəkatında qarşıdurma yarandı
REAL Hərəkatında qarşıdurma yarandı

Məclis Başqanı və İdarə Heyətinin üzvü Erkin Qədirli rəhbərlikdən qovuldu

Respublikaçı Alternativ (REAL) Hərəkatının İdarə Heyətinin mayın 12-də iclası keçirilib. Iclasda REAL Məclis Başqanı və İdarə Heyətinin üzvü, Erkin Qədirli ilə bağlı qərar qəbul edilib.

Qərarda önəmli məqamlar yer aldığından olduğu kimi təqdim edirik. İclasda partiyalaşmayla bağlı məsələlərlə yanaşı, REAL Məclis Başkanı və İdarə Heyətinin üzvü, Erkin Qədirlinin son vaxtlar verdiyi müsahibələrdə və sosial şəbəkələrdə yaydığı ifadələrdə, həmçinin, həmin ifadələrə gətirdiyi izahlarda buraxdığı ciddi yanlışlıqlar müzakirə olunub. Qeyd olunub ki, əvvəlki iclaslarda edilmiş şifahi xəbərdarlıqlara baxmayaraq, Erkin Qədirli yanlışlıqlarını düzəltməyə əməli cəhd göstərməyib. Ona görə də, təklif olunub ki, Erkin Qədirli REAL Hərəkatının Məclis Başkanı və İdarə Heyətinin üzvü vəzifələrindən çıxarılsın. Bu təklif REAL Hərəkatının İdarə Heyətinin Sədri, İlqar Məmmədova da öncədən göndərilib. İlqar Məmmədov ədalətsiz olaraq, sırf siyasi sifarişlə həbsdə olduğundan, İdarə Heyətinin müzakirələrində və səsverməlirində iştirak edə bilmir. Amma bu məsələylə bağlı öz xüsusi rəyini İdarə Heyətinin üzvlərinə çatdırıb. İlqar Məmmədovun da rəyi nəzərə alınmaqla, İdarə Heyəti qərara alır:
1. Erkin Qədirli Məclis Başkanı vəzifəsindən azad edilsin.
2. Erkin Qədirli İdarə Heyətinin üzvü kimi fəaliyyətini davam etdirsin, amma onun İdarə Heyətində səs vermək, eləcə də REAL Hərəkatının fəaliyyətilə bağlı kütləvi informasiya vasitəlirinə müsahibə vermək hüququ 3 ay müddətinə məhdudlaşdırılsın.
3. İdarə Heyəti REAL Hərəkatının ilk qurucularından olan Erkin Qədirliyə qarşı belə tədbirlərə əl atmaq məcburiyyətində olduğuna görə dərin təəssüfünü bildirir və xüsusilə vurğulayır ku, Hərəkatın kollektiv kimliyinə, təməl prinsiplərinə və proqram sənədlərinə zidd hərəkətləri edən heç bir üzvünə güzəştə getməyəcək. REAL Hərəkatı demokratiya uğrunda çalışan və özündə demokratiyanı yaşadan siyasi təşkilatdır və şəxsi nüfuzundan asılı olmayaraq bütün üzvlərimiz demokratik dəyərlərə hörmət etməli və onlara sadiq qalmalıdır.
REAL Hərəkatı yarandığı ilk gündən ölkədə həqiqi Cümhuriyyətin bərpasına, insan hüquq və azadlıqlarının, demokratik prinsiplərin bərqərar olmasına, Avroatalntik məkanın bölüşdüyü fundamental bəşəri dəyərlərin cəmiyyətdə təbliğinə əzmlə çalışmış, fəaliyyətinin bütün istiqamətlərini məhz bu dəyərlər üzərində qurub. Hərəkatın rəsmi mövqeyini ifade edən proqram sənədlərində bütün bu prinsiplər öz əksini hərtərəfli şəkildə tapmışdır. REAL Hərəkatı İlk gündən kollektiv kimlik, kollektiv idarəetmə prinsiplərini ölkə siyasətinə gətirməyə və bu qavramların siyasi dilə oturmasına çalışmışdır. Bir daha bəyan edirik ki, yanlız REAL İdarə Heyəti adından yayılan bəyanatlar, sənədlər, açıqlamalar Hərəkatımızın rəsmi mövqeyi sayılmalıdır.
REAL Hərəkatının REAL Məclis Başkanı vəzifəsindən uzaqlaşdırılan Erkin Qədirli İdarə Heyətinin qəbul etdiyi qərarla bağlı danışmaq istəmədiyini bildirib. İdarə Heyətinin üzvü olan E.Qədirli bildirib ki, İdarə Heyəti qərar qəbul edib və onun bu haqda danışması düzgün olmazdı: "Qərarda hər şey olduğu kimi göstərilib, izah edilib. Mənim buna şərh verməyim düzgün olmaz. Əgər nə isə yeni bir məlumat öyrənmək istəyirsinizsə, o zaman bu qərarı qəbul edənlərdən soruşun. Mənimlə bağlı qərar fikirlərdə çoxdan qəbul olunmuşdu. Sadəcə olaraq, vaxt tapıb dünən nəhayət ki, rəsmiləşdirdilər. Gedişata görə bu qərar mənim üçün gözlənilməz olmadı".
İdarə Heyətində çox tənqid olunduğunu söyləyən E.Qədirli bildirdi ki, öz arqumentlərini deməyə çalışıb: "Amma əksəriyyət mənim arqumentlərimi qəbul eləmədi. Nəticədə belə qərar çıxdı. Məhdudlaşma əl-qolumu bağlayacaq. Bu, cəza kimi düşünülüb. Əslində bu qərar mənim barəmdədir deyə mənim danışmağım düzgün olmazdı. Əslində İdarə Heyətində mənim çıxışlarımla bağlı çoxdan müzakirələr gedirdi. Sadəcə olaraq İdarə Heyətinin üzvlıərinin səfərləri, İlqar Məmmədovun məhkəməsi ilə əlaqədar Şəkiyə gedib-gəlməyimiz, İ.Məmmədovun özü ilə msələhətləşmə və araya digər işlər qarışdı. Mənə şifahi deyilmişdi ki, belə bir qərar olacaq. Iclasda özüm də iştirak etmişdim". E.Qədirli qərarı sərt sayır: "Düşünürəm ki, sərtdir, inandırım ki, daha sərt təkliflər vardı. Bu, bir az kompramis qərar idi. Qərar var və təşkilat üzvü kimi bu qərarla hesablaşmalıyam. 3 ay gözləməliyəm. Yəqin, məhdudiyyət aradan qalxandan sonra yenidən fikirlərimə qayıdıb izahat verəcəyəm".
Qərib Gərayzadə