Daha bir müxalifət birliyi parçalanır
Daha bir müxalifət birliyi parçalanır

Altı müxalifət partiyasının bir araya gəldiyi Demokratik Qüvvələr Birliyi

2013-cü il prezident seçkilərindəki məğlubiyyət təkcə Milli Şuranı deyil, bütövlükdə müxakifət düşərgəsini depressiyaya saldı. Belə ki, Milli Şura ilə yanaşı, bütün müxalif birliklər sıradan çıxmağa başladı.
Məlum olduğu kimi, bir müddət öncə AMİP-in qərərgahında ALP sədri Əvəz Temirxanın sədrliyi ilə Demokratik Qüvvələr Birliyinin növbəti iclası keçirildi. Yusif Bağırzadə, Sülhəddin Əkbər, Elşad Musayev, Bəybala Əbil, Valeh Mirzəyev və Tahir Abbaslının iştirakı ilə keçən iclasda mövcud ictimai-siyasi durum, o cümlədən regionda yaranmış hərbi və geopolitik vəziyyət, Azərbaycana olan təhdidlər, Azərbaycanın Avropaya inteqrasiya siyasəti, Ukrayna böhranı və onun Azərbaycana təsiri, ölkədə demokratiya və insan haqları ilə bağlı yaranmış mövcud durum əsas müzakirə mövzusu oldu. Quruma daxil olan partiya sədrləri DQB-nin möhkəmləndirilməsi, perspektivləri və qarşıda duran vəzifələri barədə geniş fikir mübadiləsi aparıblar. Starteji mütəfiqliyin davamlı və artan xətt üzrə inkişfı üçün səyləri daha da artırmaq qərara alınıb.
Ancaq toplantıdan keçən müddət ərzində qurum hər hansı bir fəaliyyət göstərməyib. Bunun əsas səbəbi təşəbbüsü üzərinə götürən partiyanın olmamasıdır. Bu günə kimi bu qurumun əsas təşkilatçısı KXCP ilə AMİP olub. Amma indi həmin partiyalar da passiv mövqeyə keçiblər. KXCP Milli Şurada təmsil olunduğuna görə, Demokratik Qüvvələr Birliyi ilə maraqlanmır. Diqqət edənlər görür ki, artıq DQB-nin toplantılarına KXCP sədri Mirmahmud Mirəlioğlu ümumiyyətlə, qaılmır. Bu da Mirəlioğunun DQB-nə önəm verməməsi ilə bağlıdır. Bu səbəbdən də KXCP-ni DQB-də sədr müavini Bəybala Əbil təmsil edir.
AMİP isə ümumiyyətlə, siyasi səhnədən kənardadır. Prosesləri izləyənlər də AMİP-in son bir ildə tamamilə süst bir mövqedə olduğu açıq şəkildə görünür. Yusif Bağırzadənin də, baş katib Arzuxan Əlizadənin də həm AMİP, həm də DQB müstəvisində heç bir fəaliyyət göstərmirlər. AMİP-çilərin bu passivliyi də DQB-nin siyasi səhnədəki yerini tamamilə itirməsinə səbəb olub.
Məsələylə bağlı "Unikal"a açıqlama verən DQB-nə dail olan AMİP Siyasi Şurasının üzvü Əli Orucov da son dövrlər qurumun passivləşdiyini bildirib. Onun sözlərinə görə, passiv olsa da, ortada olan birlik elə DQB-dir: "Sizin də bildiyiniz kimi Milli Şura dağılandan sonra siyasi səhnədə qalan müxalifətin daha geniş tərkibli birliyi Demokratik Qüvvələr Birliyidir. Birlik təşkilatlanma bağlı işlərini davam etdirdiyindən zahirən elə təsir bağışlaya bilər ki, qurum fəliyyyətsizdir. Əslində diqqət daha çox uzaq perspektivə və hədəflərə yönəlib. söhbət qarşıdan gələn bələdiyyə və 2015-ci il parlamaent seçkilərdində birgə iştirakdan gedir. Bununla bağlı müəyyən məsləhətləşmələr də aparəlır. müntəzəm görüşlər də keçirilir. Bartiyanın sədri Y.Bağırzadə də çalışır ki, bu qurum müxalifətin daha geniş və daha dayanaqlı bir siyasi blokuna çevrilsin".
Əli Orucov onu da bildirib ki, DQB-nin son dövrlər passiv olmasını qəbul edir, amma onlardan aısılı olmayan səbəblər də var: "Təbii ki, hər şey bizdən asılı deyil. Bizdən asılı olanlar edilir. Lakin dostlarımızın bəziləri hələ qəti mövqe ortaya qoymağa görünür, tələsmirlər".
Qərib Gərayzadə