Aydın Bəşirovun imperiyası məhv edilir
Aydın Bəşirovun imperiyası məhv edilir

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisindən sonra oğuluda cəzalandırılacaq

Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Rasim Bəşirov tutduğu vəzifədən azad olunub. Məlumata görə, hazırda R.Bəşirov akademiyada rektor kimi deyil, müəllim kimi fəaliyyət göstərir.Bundan əlavə, Azərbaycan Dövlət Dəniz Akademiyasında yoxlamalar da aparılıb. Qeyd edək ki, R.Bəşirov rektorluqdan uzaqlaşdırılmasını təsdiqləyib. Rasim Bəşirov Prezidentin sərəncamı ilə ləğv olunan Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovun əmisi oğludur.

Onu da bildirək ki, R.Bəşirov akademiyada rektorluqdan əvvəl Salyan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.Məlum üçün bildirək ki, Rasim Bəşirovun "vurulacağı" gözlənilən idi. Çünki Aydın Bəşirovun istefaya göndəriləndən sonra onun yaxın ətrafınfn zərərsizləşdirilməsi planı var idi. Bu barədə "Unikal"a məlumat verən bilgili şəxsin sözlərinə görə, Aydın Bəşirovuq istefasından sonra oğlunun və özünün törətdiyi qanunsuz əməllər, milyonluq varidatı barədə məlumatların ictimailəşdirilməsi prosesi daha da sürətləndirib: "Əgər xatırlayırsınısa, Aydın Bəyşirov işdən çıxarılandan sonra oğlu barədə şok materiallar mətbuata sızdırıldı. Bu məlumatlar əsasında bəlli oldu ki, AydınBəşirov oğlunun şirkəti vasitəsiylə miylardlarla manat vəsait əldə edib. Təbii ki, bu faktlar yuxarıları narahat etməyə bilməzdi. Ona görə də Bəşirovları cəzalandırmaq qərarı verildi". Hazırda iddia olunur ki, Aydın Bəşirovun oğlu İlqar Bəşirov ölkənin ən zəngin adamlarından biri sayılır. Üzdə görünməyi çox sevməyən İlqar Bəşirov qeyri-rəsmi olaraq "Xəzərdənizgəmiçilik" idarəsini atası ilə necə deyərlər şərikinə işlədib. Hazırda ona məxsus 37 yükdaşıma gəmisinin olduğunu bildirən mənbənin sözlərinə görə bu gəmilərdən əsasən neftdaşımada istifadə olunub.Buda məlum olub ki, şəxsi şirkətinin mövcudluğuna baxmayaraq İlqar Bəşirov vergi ödəyicisi kimi qeydiyyatdan keçməyib. Hələlik tam olaraq dəqiqləşdirdiyimiz informasiyalardan biri də ondan ibarətdir ki, İlqar Bəşirov atasının rəhbərlik etdiyi dövlət strukturunun bazasında özü üçün qurduğu bu iş sayəsində böyük məbləğdə pullar qazanıb. Maraqlı nüanslardan biri isə həmin pulların dərhal İsveçrə banklarına yatırılmasıdır. Aydın Bəşirovun oğlunun böyük biznes şəbəkəsi yalnız bununla yekunlaşmır. Öyrəndiyimizə görə, paytaxtda ona məxsus bir neçə nüfuzlu iaşə obyektləri və şadlıq sarayları fəaliyyət göstərir. Bundan başqa İlqar Bəşirovun tikinti sektorunda da aktiv olduğu bildirilir. Təbii ki, burada da Aydın Bəşirovun "atalıq qayğısı" onun işinə çox yarayıb. İlqar Bəşirov XDGİ işçiləri üçün bina tikintisi məqsədilə ayrılan əraziləri qəsb edərək orada çoxmərtəbəli binalar tikib satır. Məsələn, öyrəndiyimizə görə, həmin binalardan biri köhnə Dəniz Vağzalı ilə üzbəüz tikilib. Orada bir mənzilin kvadratmetri isə 5 min manatdan aşağı satılmayıb.Bizi bilgiləndirən şəxsin sözlərinə görə, həllik Aydın Bəşirovun yaxın ətrafının zərərsçizləşdirilməsi xətti götürülüb: "Hələlik ilkin olaraq, Aydın Bəşirovun əmisi oğlunu işdən azad ediblər. Amma məsələ bununla bitməyəcək. Qısa müddətdə, Aydın Bəşirova yaxın bütün vəzifəlilər tutduqları postdan kənarlaşdırılacaqlar. Növbəti mərhələdə isə Aydın Bəşirovun keçmiş fəaliyyətinin araşdırılması olacaq ki, bunun da nəticəsində onun həbsi gerçəkləşə bilər".
Qərib Gərayzadə