AXCP-nin xarici kəşfiyyat orqanları ilə təması
AXCP-nin xarici kəşfiyyat orqanları ilə təması

Sonuncu belə əlaqələr ifşa edildi

Bu günlərdə AXCP sədrinin keçmiş müavini Razi Nurullayevin partiyadan istefa verməsi ciddi ajiotaj yaratdı. Razi Nurullayevin verdiyi açıqlamalar Əli Kərimlinin siyasi karyerasına ciddi zərbə oldu və aydın oldu ki, Əli Kərimli partiyanı idarə etmək üçün ən iyrənc üsullardan istifadə edir.

Məsələn, aydınlaşdı ki, bir zamanlar müşaviri olan Zərifə Məhiəddinovanı partiyadan kənarlaşdırmaq üçün onun gizli video çəkilişini apartdırıb və daha sonra Zərifə Məhiəddinova ilə qızlarının pornoqrafik şəkillərini ortaya qoyaraq onu partiyadan uzaqlaşdırıb. Və yaxud Razi Nurullayevi partiyadan kənarlaşdırmaq üçün ABŞ və Böyük Britaniya səfirliklərinin adından istifadə edib. Gəlin öncəliklə Razi Nurullayevin açıqlamasına baxaq. Razi Nurullayev bildirib ki, Əli Kərimli onu müavinlikdən çıxarmazdan əvvəl evinə çağırıb və görüş zamanı tərəflər arasında mübahisə olub: "Məni şantaj edərək dedi ki, onda dəqiq məlumat var ki, mən hakimiyyətə işləyirəm və hakimiyyətdə dostlarım var. Əli Kərimli mənə dedi ki, "sən hakimiyyətə satılmısan, əlimdə bununla bağlı faktlar var". Əli Kərimli dedi ki, hətta ABŞ və Britaniya səfirlikləri bununla bağlı ona məlumat veriblər. Mən bu deyilənlərdən narahatam. Bu, o deməkdir ki, həmin səfirliklər siyasətçiləri dinləyir. Mən bu fikirlə bağlı həmin iki səfirliyə dünən məktub göndərmişəm. Bu gün də buradan müraciət edirəm. Necə ola bilər ki, onlar məni dinləyir və bununla bağlı Əli Kərimliyə məlumat ötürürlər? O, məni müavinlikdən azad edəndən sonra Amerika səfirliyinə görüşə gedəcəyini dedi. Bu məsələyə aydınlıq gətirilməlidir. Bu, məni narahat edir, çox narahatedici bir faktordur".Bunu da qeyd edək ki, artıq ABŞ səfirliyi bununla bağlı cavab verib: "Bu iddialar tamamilə əsassızdır. Biz müntəzəm olaraq bütün siyasi partiyaların nümayəndələri ilə görüşürük". Maraqlıdır, həqiqətənmi bu gün xarici ölkə səfirlikləri Azərbaycandakı müxalifət partiyalarının idarə olunmasına müdaxilə edə bilirlər? Bununla bağlı "Unikal"a açıqlama verən keçmiş AXCP yetkilisi Rəfael Becanov maraqlı məqamlara toxundu. Onun sözlərinə görə Əli Kərimli partiyada özünə rəqib kimi gördüyü insanları sıradan çıxartmaq üçün istənilən addımdan istifadə edə bilər:"Gedənlər gedib, getməyənləri, getmək istəməyənləri rəhbər özü yola salıb. Güclə, kimini görəvdən almaqla, kimini partiyadan çıxarmaqla, kimini də bezdirib istefasına nail olmaqla. Aparılan siyasət AXCP-ni miskin görkəmə gətirib. Oradakıların şəxsiyyətinə, dünyagörüşünə, əqidəsinə, inamına toxunmadan demək olar ki, indi o sırada olanlar elə o vaxtkı kimi ancaq rəhbərin təbliğatına hizmətə yönləndiriliblər. Təmiz insanlar, əqidəli adamların böyük bir hissəsi şəxsi qisasçılıq hissiylə, aqressiyanın təsirindədir. O adamları həmin təsirdən xilas etmək lazımdır. Hər kəs bacardığı qədər o təmənnasız mübarizə adamlarına hansısa formada dəstək verməlidir ki, siyasi istismardan qurtulsunlar. Çünki AXCP-də avtoritarizm hökm sürür. Bu yolla siyasi liderə çevrilmək olarmı? İllər göstərdi ki, yox. Formalaşan "kult" ancaq insanların siyasi istismarına yönəlib. Siyasət sosial şəbəkədə qurulur, "like" mübrizəsi gedir, böyük siyasət "Facebook"a daşınıb, hər şey mübarizənin imitasiyasına köklənib. Guya "like"ilərin sayı10,lap 100 min olsa nə olacaq? Nəsə dəyişəcəkmi?.Xalq qorxur deyə bizi dəstəkləmir düşüncəsi insanları aldatmaqdır. Doğru-dürüst, imitasiya olunmayan siyasətə xalq hər zaman dəstək verib. Adi,sıradan bir vətəndaş belə çıxıb səmimi, doğru bildiklərini desə və ən əsası apardığı siyasəti özünün və millətin əxlaqından keçirsə, onun dəstəyi olacaq".Bunu da qeyd edək ki, zaman-zaman həqiqətən də xarici səfirliklər hansısa formada müxalifətin fəaliyyətinə müdaxilə ediblər və Azərbaycan hakimiyyəti bununla bağlı sərt mövqeyini açıqlayıb. Sonuncu dəfə isə belə açıq müdaxilə İctimai Palata yaranan zaman oldu. Həmin vaxt Azərbaycanda fəaliyyət göstərən bəzi səfirlik nümayəndələri İctimai Palatanın toplantılarına belə qatılırdılar. Amma hakimiyyətin etirazlarından sonra bu proses dayandı. AXCP-yə gəldikdə isə qeyd etmək lazımdır ki, bu partiya öz mövcudluğunu qorumaq üçün zaman-zaman hətta bəzi xarici kəşfiyyat orqanları ilə əməkdaşlıq edib. Sonuncu dəfə isə Milli Şura yaradılan zaman Rusiya ilə sıx əməkdaşlığa üstünlük verdi və sonunda biabırçı məğlubiyyətlə üz-üzə qaldı.

Mehdi Əli