Ziyafət Əsgərov İran-Ermənistan münasibətlərindən danışdı
Ziyafət Əsgərov İran-Ermənistan münasibətlərindən danışdı

Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov jurnalistlərə İran-Ermənistan münasibətləri barədə fikirlərini açıqlayıb.
Birinci vitse-spiker deyib: "Bu gün İranda rəsmi olaraq 35 milyon, qeyri-rəsmi isə 40 milyondan çox azərbaycanlı yaşayır. Biz iranlı həmkarlarımızla, parlamentin deputatları ilə bu məsələni dəfələrlə qaldırmışıq. Biz, əgər doğrudan da qardaş müsəlman, şiə dövlətiksə, biz İranın Ermənistanla bu isti münasibətinin mənasını anlaya bilmirik. Amma onlar bizə deyirlər ki, bu bizim müstəqil siyasətimizdir".
Z.Əsgərov qeyd edib ki, Azərbaycan da buna qarışmır. Bu onların müstəqil dövlət siyasətidir: "Düzdür, bəzən deyirlər ki, siz niyə İsraillə dostluq edirsiniz. Amma bu da bizim daxili işimiz, müstəqil siyasətimizdir".