Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə inşa etdiyi STAR neft emalı zavodu ildə 600 mln. ABŞ dolları gəlir əldə edəcək.
Müəssisə 2018-ci ildə istismara veriləcək.
Məlumata görə, STAR-ın işə düşməsi ilə Türkiyənin neft-kimya sektorunun xaricdən asılılığı sona çatacaq və rəsmi Ankara hər il 1,2 mlrd. dollar həcmində valyutaya qənaət edəcək. STAR Türkiyənin tədiyyə balansının kəsirinin 3,5%-ni qarşılayacaq.
Qeyd edək ki, STAR-a 5,65 mlrd. dollar həcmində investisiya qoyulub və bu, Türkiyə tarixində ən böyük layihə maliyyələşməsi hesab edilir.
Zavodun tikintisinə 14 ölkədən 1 972-si mühəndis olmaqla 12 min işçi cəlb olunub.