Gəncədə oğurluq hadisəsi baş verib. 

Unikal.org-un apa-ya istinadən məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində yerləşən şirkət nümayəndəliyində qeydə alınıb. Maskalı bir neçə nəfər rumın gözətçisini döyərək oradan içində pul olan seyfi aparıblar. Seyfdə təxminən 60 min manata yaxın pul olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.