Son iki gün ərzində qoşunların təmas xəttində gərginlik artıb. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, oktyabrın 26-da axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri, mürəkkəb iqlim şəraitindən istifadə edərək, cəbhənin cənub istiqamətində mövqelərimizə yaxınlaşmaqla təxribat törətməyə cəhd göstəriblər. Düşmən tərəfinin fəaliyyəti əvvəlcədən aşkar edilərək ona qarşı qabaqlayıcı atəş zərbələri vurulub. Ölü və yaralı olaraq itki verən düşmən geri çəkilməyə məcbur edilib. Müdafiə Nazirliyi xəbərdar edir ki, qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Image result for ramil məmmədliBu və ya digər məsələ ilə bağlı hərbi-siyasi icmalçı Ramil Məmmədli Unikal.org-a fikirlərini açıqlayıb. 

R. Məmmədli deyib ki, burada kənar qüvvələrin rolu mövcuddur:
"Rusiya münaqişəni həll etməklə Azərbaycan kimi müttəfiq qazana bilər. Ermənistanda da bunu anlayırlar. Təxribatların səbəbi də budur. Unutmaq lazım deyil ki, münaqişənin bu məqamda həllində maraqlı olmayan qüvvə həm də qərbdir. Yəni qərb Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində təkbaşına iştirakını sakitcə seyr edə bilməz.

Ekspert onu da qeyd edib ki, vəziyyət daha da gərgin fazaya keçməyəcək: "Çünki hazırki hava şəraiti həmin ərazidə döyüş aparmaq imkanını məhdudlaşdırır. Bundan başqa danışıqların bu mərhələsi vəziyyətin gərginləşməsinə də imkan verməyəcək".

Bir neçə gün bundan əvvəl Ermənistan Ordusunun Raket və Artileriya Qoşunlarının qərargah rəisi Artavazd Yağmuryan bir müddət əvvəl satınalınan "İskəndər-M raketlərinə istifadə olunan zaman Rusiyanın buna blok qoymayacağını bildirmişdi.

Hərbi ekspert erməni polkovnikn açıqlamasını, təhdid xarakterli çıxışını populizm və daxilə hesablanmış fikirlər adlandırıb:

"Ermənistanın hərbi rəhbərliyinin əməliyyat şəraiti haqda bilgiyə malik olduqlarını güman edirəm. Ancaq təəssüf ki, peşəkar hərbçi olan bu şəxsin çıxışı siyasətçi fikirlərinə bənzəyir. Onun çıxışı Azəbaycan cəmiyyətində qorxu yaratmaqdan başqa bir şey deyil.

Bu eyni zamanda Ermənitsan cəmiyyətinə də "qorxmayın bizim belə imkanlarımız var mesajını verməkdir. Bütün GPS-lə işləyən raket texnologiyalarında istehsalçı şirkət məhsulda "dost-düşmən sistemi yaradır. Burada məqsəd silahdan özünə və ona müttəfiq ölkələrə qarşı istifadə etməməkdir.
Qərərgah rəisi iddia edir ki, Rusiya Ermənistana satdığı "İskəndərlərin GPS sistemində Azərbaycanı dost ölkə kimi qeyd etməyib. Bu isə inandırıcı deyil.
Image result for Artavazd Yağmuryan
Buradakı ən böyük yanlışlıqlardan biri isə odur ki, Ermənistana verilən raketlər "İskəndər-M yox "İskəndər-E olmasıdır. Yəni texnika raketin eksport versiyasıdır. Yəni Ermənistana "İskəndər-M raketləri satılmayıb. "İskəndər-Enin hədəfi məhv etmək məsafəsi 280 km, "İskəndər-Min isə 480 km-dir.
Bundan başqa Ermənistan Ordusunda bu raket kompleksinin idarəetməsini bilən hərbi qulluqçular yoxdur. İrəvanda keçirilən paradda da şahidi olduq ki, kompleksləri idarə edən heyyət Rusiya Ordusunun hərbçiləridir. Sadəcə kompleksin kamufulyajı erməni ordusuna aid idi. Hesab edirəm ki, bu raketlər hazırda Ermənistan hərbi birləşmələrinin bölmələrində yox, Rusiya Ordusunun Gümrüdə yerləşən 102-ci hərbi bazasında saxlanılır.

Ekspertin sözlərinə görə, Ermənistan "İskəndərdən istifadə etmək qərarı verərsə, Azərbaycanın raket artileriya birləşmələri Naxçıvan istiqamətindən İrəvanı rahat şəkildə vura bilər:

"Naxçıvar ərazisindən Ermənistanın paytaxtı olan İrəvan şəhərinə hava məsafəsi 20 km-dir. Bu gün ordumuzun silahlanmasında həmin məsafədə hədəfi məhv edən raket-artilleriya kompleksləri mövcuddur. Bu baxımdan inanmıram ki, Ermənistan belə bir riskə gedib Azərbaycanın mühüm iri şəhərlərini hədəfə alsın. Unutmaq lazım deyil ki, "İskəndər-Enin Ermənistana verilməsi siyasi xaraker daşıyır. Yəni Azərbauycan Ermənistanın müttəfiq olduğu Rusiyaya düşmən cərgədə deyilik. Azərbaycan MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsinə imza atıb. Bu o deməkdir ki, Azərbaycanda Rusiya ilə strateji tərəfdaşdır. Demək raket kompleksləri Rusiyanın sərhəddi hesab edilən Ermənistandan NATO-ya qarşı istiqamətləndirilib.

Onun fikrincə, aprel hadisələri zamanı da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin Ermənistana münasibəti aydın göründü: "Fikrimcə, gərginləşmənin dərinləşməsi və geniş miqyas alması region ölkələrinin maraqğında deyil. Xüsusən də Rusiya bunun əleyhinədir.