Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında üçəm körpələr dünyaya gəlib.

Unikal.org-un məlumatına görə, Tədris Cərrahiyyə Klinikasının I mama-ginekologiya kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru, həkim ginekoloq Arzu İsmayılova modern.az-a bildirib ki, ananın vaxtından öncə doğuş təhlükəsi yaranıb:

"Ancaq müalicə ilə bu təhlükəni aradan qaldırdıq. Bu gün etdiyimiz keysəriyyə əməliyyatı ilə hamiləliyi 36-cı həftədə sonlandırdıq. Doğulan körpələrdən 2-si oğlan, 1-i isə qızdır. Onların tənəffüsləri və qidalanmaları normaldır."