Bu gün Azərbaycanın xalq artisti, tanınmış diktor Sabir Ələsgərovun 79 yaşı tamam olur. 

Unikal.org-un məlumatına görə doğum gününü evdə qeyd edən Sabir Ələsgərovun sağlamlıq vəziyyəti qənaətbəxşdir. Bu barədə primetime.az-a Sabir Ələsgərovun qızı Mehriban Ələsgərova məlumat verib. 

"Atamı unutmayıb, təbrik etdiyiniz üçün sağ olun. Bu gün dünyaya gəldiyi gündür. Hazırda evdədir, istirahət edir. Son vaxtlar babatdır. Qarşıdan televiziyanın və radionun yubileyi gəlir. Həm radionun, həm də televiziyanın tarixində atamın əvəzsiz xidmətləri var. Allahdan ona sağlamlıq arzu edirəm. Tək diləyim budur." 

Xatırladaq ki, Sabir Ələsgərov bir müddət əvvəl xəstəxanada müalicə olunub. Hazırda vəziyyəti normal olan xalq artistinin müalicəsi ev şəraitində davam edir.