2016-cı ilin yekunlarına əsasən Azərbaycanda ixracat ötən illə müqayisədə 18 faiz və ya 2,8 milyard dollar azalacaq.

Unikal.org-un məlumatına görə, bunu Milli Məclisdə 2017-ci il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Bundan əvvəl, E.Rüstəmov ölkə ixracatının 12,8 milyard dollar təşkil edəcəyini demişdi.

İlin əvvəlindən etibarən qeyri-neft məhsullarının və xidmət ixracının 20 faiz azaldığını deyən Mərkəzi Bank sədri idxalın ixracı mühüm dərəcədə üstələdəyini bildirib.