Prezident İlham Əliyev "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının təsvirinin və nümunəsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 1 iyun tarixli 538 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Unikal.org xəbər verir ki, dəyişikliklərə əsasən, həmin fərmanla təsdiq edilmiş Əlavə I - "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının təsviri üzrə 6-cı hissənin adında və mətnində "Müdavimlərin sözü "Kursantların sözü ilə əvəz edilir; 7.11-ci bənddə "Müdavim sözü (hər iki halda) "Kursant sözü ilə, "M hərfi "K hərfi ilə əvəz edilir; 7.12-ci bənddə "M hərfi (hər iki halda) "K hərfi ilə əvəz edilir; 7.13-cü bənddə "Müdavimlərin sözü "Kursantların sözü ilə əvəz edilir.

Həmin fərmanla təsdiq edilmiş Əlavə II - "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının nümunəsi üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sıravi və kiçik rəis heyəti üçün geyim formalarının nümunələrinin "Qeyd hissələrində "Müdavimlər sözü "Kursantlar sözü ilə əvəz edilir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin qadın sıravi və kiçik rəis heyəti üçün geyim formalarının nümunələrinin "Qeyd hissələrində "Müdavimlər sözü "Kursantlar sözü ilə əvəz edilir; "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müdavim, sıravi, kiçik, orta və böyük rəis heyəti üçün baş geyimləri və digər atributların nümunəsində "müdavim sözü "kursant sözü ilə, 1-ci və 2-ci şəkillər isə yeni şəkillərlə əvəz edilir.