Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəliFərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət büdcəsindənmaliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların Siyahısında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, sərəncama əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların Siyahısına aşağıdakı məzmunda 7-1-ci hissə əlavə edilib.

Belə ki, Kənd Təsərrüfatı Nazirliyi fəaliyyət sahəsinə uyğun olaraq qrantlar verə biləcək.