Vergilər Nazirliyinin informasiya təhlükəsizliyi idarəetmə sistemlərinin beynəlxalq standartlara uyğunluğu təsdiq edilib.

Unikal.org xəbər verir ki, informasiya resurslarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə Vergilər Nazirliyinin İnformasiya Təhlükəsizliyinin İdarəetmə Şurası tərəfindən informasiya təhlükəsizliyinin idarə edilməsi sisteminin yaradılması, istismarı, daim nəzarətdə saxlanılması və təkmilləşdirilməsi məqsədilə beynəlxalq standartların tətbiqi istiqamətində də işlər görülüb. Görülən işlərin nəticəsi olaraq, Şura tərəfindən informasiya təhlükəsizliyi idarəetmə sistemlərinin (İTİS) 31 Qaydası təsdiq edilib.

Vergilər Nazirliyi informasiya təhlükəsizliyi idarəetmə sistemlərinin beynəlxalq sertifikasiyadan keçirilməsi təşəbbüsü ilə çıxış edib və 2015-ci ildə Britaniya Standartları İnstitutu (BSİ) Vergilər Nazirliyinin informasiya təhlükəsizliyi sahəsində auditini həyata keçirib. Auditin nəticələrinə görə, informasiya sistemi təhlükəsizliyinin standarta uyğunluğu müəyyən edilib və Vergilər Nazirliyi beynəlxalq sertifikasiyadan keçərək İnformasiya təhlükəsizliyinin idarəetmə sistemləri İSO/İEC 27001:2013 beynəlxalq sertifikatına layiq görülüb.