Manisanın Turqutlu rayonunda 4 aylıq hamilə bir qadın parkda idman edərkən naməlum bir kişinin hücumuna məruz qalıb.

Unikal.org xəbər verir ki, ötən gün saat 19.30 radələrində evinin yaxınlığındakı parkda idman edən 32 yaşlı Ebru Tireli adlı qadına hücum edən şəxs: "Bir daha burada idman etməyəcəksən", - qışqıraraq vurub yerə yıxdığı qadını təpikləməyə başlayıb.

Deyilənlərə görə, qırmızı rəngli bir avtomobildən enən şəxs Tirelinin qışqırtısından sonra hadisə yerindən qaçıb. Tireli yaşadığı o dəhşətli anları belə ifadə edib:

""Hamiləyəm, nə olar, vurma", - deyərək yalvardım. Nə olduğunu anlamadım. Gözü dönmüş adam vurmağa davam etdi. Yerə yıxıldım, başım səkiyə dəydi. Üzərimə çıxıb üzümə təpik vurmağa başladı. Həm söyür, həm də vururdu. Həmin an körpəmi itirdiyimi düşündüm. Sonra birdən qaçdı".milli.az