SON XƏBƏRLƏR
25 May 2018
24 May 2018
Ronaldo suriyalı uşaqlara videomüraciət ünvanlayıb- VİDEO
İDMAN 09:50 / 24.12.2016
Portuqaliyalı futbolçu Kriştiano Ronaldo Suriyadakı uşaqlara videomüraciət ünvanlayıb və onları çətinliklərə baxmayaraq, heç vaxt təslim olmamağa çağırıb.

Unikal.org-un məlumatına görə, idmançının videosu ərəb KİV-lərində yayılıb.

"Salam! Bu Suriyada yaşayan uşaqlar üçündür. Biz bilirik ki, siz çox əziyyət çəkirsiniz. Mən tanınmış futbolçuyam, lakin əsl qəhrəmanlar sizsiniz. Ümidinizi itirməyin! Bütün dünya sizinlədir, biz sizin qayğınıza qalırıq. Mən sizinləyəm”, - futbolçu deyib.

Xatırladaq ki, dekabrınn 22-də Suriya ordusu Hələbin terrorçulardan tamamilə təmizləndiyini təsdiq edib.