Bakıda boya istehsal edən müəssisənin rəhbərinə qarşı dələduzluq edilib.

Unikal.org-un xəbərinə görə, Xətai rayonu Nobel prospektində yerləşən "Yurd-F" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru 1972-ci il təvəllüdlü Qasımov Mehdi Xətai Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək ona qarşı dələduzluq edildiyini bildirib.

M.Qasımov qeyd edib ki, 2016-cı il yanvar ayında satış meneceri 1987-ci il təvəllüdlü Səbuhi Atayev 155 382 manat dəyərində boya məhsullarını sataraq pulunu mənimsəyib.

Qeyd edək ki, boya müəssisəsi 1991-ci ilin oktyabrında "YURD" kiçik müəssisəsi kimi fəaliyyət göstərib. 2011-ci ildən etibarən "Yurd-F" MMC kimi fəaliyyətini davam etdirir.

Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır.