"Çin klublarından biri mənə maraq göstərir.

Unikal.org-un xəbərinə görə, bu sözləri İspaniya millisinin sabiq baş məşqçisi Visente del Boske "El Confidentala müsahibəsində deyib. Bildirib ki, həmin klub ona ilinə 15 milyon avro təklif edib.

"Amma mənim üçün işin maddi tərəfi heç vaxt birinci yerdə durmayıb. Mənim ən yaddaqalan iş mərhələm "Realın akademiyasında olub. Orda az pul qazanırdıq, amma gözəl işlər görürdük - deyə del Boske bildirib.