Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Myanma İttifaqı Respublikasının prezidenti Thin Cjoya təbrik məktubu göndərib.

Unikal.org AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli cənab prezident,

Myanma İttifaqı Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Myanma xalqına sülh və rifah diləyirəm".